TƏRKİBİ:
1 tabletin tərkibində 5 mq (5000 mkq) fol turşusu vardır.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Fol turşusu (vit. B9) B qrupu vitaminləri qrupuna daxildir. Orqanizmdə fol turşusu müxtəlif metabolik proseslərdə koferment kimi iştirak edən tetrahidrofol turşusuna çevrilir. Meqaloblastların yetişməsi və normoblastların əmələ gəlməsində birbaşa iştirak edir. Eritropoezi stimullaşdırır, amin turşularının, nuklein turşularının, purin və pirimidinlərin sintezində, xolin və histidin mübadiləsində iştirak edir. Hamiləlik zamanı orqanizmi teratogen amillərin təsirindən qoruyur. Plasentanın normal formalaşmasını təmin edir.
MBT-dən tamamilə sorulur və orqanizmin bütün toxumalarına paylanır. Fol turşusu portal dövriyyə vasitəsi ilə paylanır. Təbii folatdan əldə edilən 5MTHF əsasən plazma zülalları ilə birləşir. Folatlar əsasən qaraciyərdə toplanır, eləcə də serebrospinal mayedə aktiv şəkildə cəmlənir. Ana südünə keçir. Fol turşusu qaraciyərdə və plazmada dihidrofolat reduktaza tərəfindən aktiv metabolitinə - tetrahidrofol turşusuna çevrilir. Gündə təxminən 4-5 mkq sidiklə xaric olunur. Həddindən artıq gündəlik qəbul olduğu halda belə dəyişməz olaraq xaric edilir.
GÖSTƏRİŞLƏRİ:
ƏKS GÖSTƏRİŞLƏRİ:
Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq, müalicə olunmayan kobalamin çatışmazlığı olan xəstələrdə uzunmüddətli folat terapiyası əks göstərişdir. Addison pernisioz anemiyası və digər vit. B12 çatışmazlığı zamanı fol turşusu heç vaxt təkbaşına qəbul edilməməlidir, əks halda, onurğa beyninin yarımkəskin degenerasiyasının başlanğıcını sürətləndirə bilər. Folat çatışmazlığından qaynaqlanan meqaloblast anemiyanın əhəmiyyətli bir fəsadı olmadığı halda bədxassəli şişlərdə fol turşusu istifadə edilməməlidir.
ƏLAVƏ TƏSİRLƏRİ:
Tənəffüs çətinliyi, göz qapaqlarının, üz və ya dodaqların şişməsi, səpgi və ya qaşınma, qızartı kimi allergik reaksiyanın simptomları. Yuxu rejiminin dəyişməsi, ürəkbulanma, iştahanın azalması və ya itməsi, qarında sıxılma hissi, köp.
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
ORNAFOL hamiləlik dövründə istifadə edilə bilər. Normal gündəlik miqdar alındıqda heç bir problem bildirilməyib. Laktasiya - Fol turşusu aktiv şəkildə ana südünə keçir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Meqaloblast anemiya - 4 ay ərzində gündə 5 mq (1 tablet), malabsorbsiya hallarında doza gündə 15 mq-a (3 tablet) qədər artırıla bilər.
Oraq hüceyrəli anemiya kimi xroniki hemolitik vəziyyətlərdə profilaktik müalicə kimi gündəlik və ya həftəlik 5 mq fol turşusu (1 tablet) qəbul oluna bilər. Uşaqlarda meqaloblast anemiyanın müalicəsi: 1-18 yaş arası: 4 ay ərzində gündə 5 mq (1 tablet); Dəstəkverici müalicə hər 1-7 gündə 5 mq (1 tablet).
Polineyropatiya, paresteziya, Koqnitiv funksiyaların pozulması, Xroniki yorğunluq sindromu - sutkada 2.5-5 mq, 1-3 ay müddətində.
Revmatoid artrit (metotreksat müalicəsi alan xəstələrdə) - 5 mq həftədə 1 dəfə (metotreksat qəbul edilən gün istisna olmaqla).
Psoriaz, seboreyalı dermatit - 5 mq gündə 1 dəfə (həftədə 1 dəfə).
BURAXILIŞ FORMASI: 50 tablet.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “ORNADO MEDİCİNE”, Böyük Britaniya.
İSTEHSALÇI: “DEVA Holding A.Ş.”, Türkiyə.