Loading...

Məhsullar

Ornaflu
Ornaflu

Ornaflu


Tərkibi

Təsiredici maddə:   1 kapsulda 150 mq və ya 200 mq flukonazol vardır.

Farmakoterapevtik qrupu

Sistemli istifadə üçün antimikotiklər, Triazol törəmələri.

Farmakoloji xüsusiyyətləri

FarmakodinamikasıFlukonazol 14 alfa-lanosterolun dimetilləşməsini inhibə edərək funqisid təsir göstərir. Candida(C.albicans, parapsilosis, tropicalis) növlərinə qarşı antifunqal təsir göstərir.

C. glabrata geniş həssaslıq göstərir. Cryptococcus neoformans, kif göbələklərinə(Blastomyces 

dermatiditi, Coccidioides immitis, Coccidioides immitis, Histoplasma capsulatum və Paracoccidioi-

des brasiliensis) qarşı in vitro təsir göstərir.C. krusei isə flukonazola davamlıdır. 

FarmakokinetikasıPeroral qəbuldan sonra yaxşı sorulur və plazma səviyyəsi venadaxili tətbiq ilə yaxın olur( 90% ). Absorbsiya qida qəbulundan asılı deyil. Dərinin buynuz təbəqəsində, epidermis-

dermisdə, tərdə yüksək konsentrasiya toplayır. Əsasən böyrəklərlə ( 80%-i dəyişilməmiş) xaric

olunur. T 2\1 30 saatdır

İstifadəsinə göstərişlər:

- Kriptokokk meningit; koksidioidomikoz; invaziv kandidoz; 

- Selikli qişaların kandidozu(ağız boşluğu və qida borusu kandidozu daxil), kandiduriya, xroniki

selikli qişa-dəri kandidozu, xroniki oral atrofik kandidoz(giyena və ya yerli müalicə kifayət deyilsə)

- yerli terapiya uyğun olmadıqda kandidoz balanit və vaginal kandidoz

- dermatomikoz( pəncə, bədən), dərinin kandidoz infeksiyaları, sistemli terapiya göstərildiyi zaman; 

- tinea unguinium (onixomikoz).

Profilaktika məqsədi ilə:

Residiv riski yüksək olan xəstələrdə kriptokokk meningitin residivi.

- HİV-ə yoluxmuş, orofaringeal və  qida borusu kandidozunun residiv riski yüksək olan xəstələrdə.

- Təkrarlanan vaginal kandidozun tezliyini azaltmaq üçün.

- Kimyaterapiya alan hematoloji bədxassəli xəstəlikləri olan xəstələrdə və ya hematopoetik kök hüceyrə transplantasiyası alan xəstələrdə kandidoz infeksiyaların profilaktikası. 

Uşaqlar və yeniyetmələr (0-17 yaş) 

Ağız boşluğu və boğazın selikli qişasını göbələk infeksiyası

- Qanda, daxili orqanlarda və sidik yollarında aşkar edilən Candida mənşəli infeksiyalar;  

- Kriptokokk meningiti – baş beyinin göbələk infeksiyası.

Əks göstərişlər

Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq. Sisaprid, terfenadin, astemizol, pimozid, 

xinidin, eritromisin, halofantrin və amiodaronla eyni vaxtda istifadə.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Baş dərisinin dermatomikozu, ağciyər və dəri kriptokokkozunun, dərin endemik mikozların 

müalicəsində flukonazolun effektivliyinə dair sübutlar məhduddur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Aşağıdakı dərman vasitələri ilə eyni vaxtda istifadə etdikdə doza tənzimlənməsinə ehtiyac olacaq:  Rifampisin, hidroxlorotiazid, alfentanil, amitriptilin, nortriptilin, amfoterisin B, antikoaqulyantlar, benzodiazepinlər, karbamazepin, kalsium kanalı blokatorları (nifedipin, isradipin, amlodipin, 

verapamil və felodipin), selekoksib, siklofosfamid, fentanil, HMG-CoA reduktaza inhibitorları, İmmunosupressorlar ( siklosporin, everolimus, sirolimus, takrolimus), losartan, metadon, QSİƏP-lar( naproksen, lornoksikam, meloksikam, diklofenak) fenitoin, prednizolon rifabutin, sakvinavir, sulfonil sidik cövhəri preparatları(qlipizid, xlorpropamid, qlibenklamid, tolbutamid) teofillin, vinka alkaloidləri, vitamin A, vorikonazol, zidovudin

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Həyati təhlükəli infeksiyalar istisna hamiləlik dövründə yüksək doza və uzun müddətli istifadə

etmək olmaz. 150 mq və aşağı dozada birdəfəlik istifadəsindən sonra ana südü ilə qidalanma 

davam etdirilə bilər. 

İstifadə qaydası və dozası:

Kriptokokkoz (Kriptokokk meningitin müalicəsi) Yükləmə dozası: I gün 400 mq. Sonra gündə 200 - 400 mq 6-8 həftə. Həyati təhlükəli infeksiyalarda gündəlik 800 mq-a qədər artırıla bilər

Koksidioidomikoz: gündə 200- 400 mq, 11 - 24 ay və ya daha uzun müddətə. Meningial xəstəliklərdə gündə 800 mq qəbul edilə bilər. Residiv riski yüksək olarsa baxım terapiyası 200 mq.         

İnvaziv kandidozYükləmə dozası: I gün 800 mq, sonra: gündə 400 mq, 2 həftə.

Selikli qişaların kandidozunun müalicəsi Orofaringeal kandidoz Yükləmə dozası: I gün 200-400 mq, sonra gündə 100 - 200 mq 7- 21 gün (sağalmaya qədər). Ezofaqus kandidozu: yükləmə dozası: I gün 200-400 mq sonra: gündə 100 - 200 mq, 14-30 gün (remissiyaya qədər). Kandiduriya: gündə 200-400 mq 7 - 21 gün;  Xroniki atrofik kandidoz gündə 50 mq 14 gün; Xroniki dəri-selikli qişa kandidozu gündə 50-100 mq 28 gün; HİV-ə yoluxmuş və residiv yaşama riski yüksək xəstələrdə selikli qişa kandidozunun residivinin qarşısının alınması Orofaringeal kandidoz: gündəlik 100-200 mq və ya həftədə 3 dəfə 200 mq; Ezofaqus kandidozu gündə 100-200 mq və ya həftədə 3 dəfə 200 mq. Genital kandidoz Kəskin vaginal kandidoz və kandidal balanit:150 mq, tək doza; Təkrarlanan vaginal kandidozun müalicə və profilaktikası: 1, 4 və 7-ci gün gündə 150 mq, sonra həftədə 1 dəfə 150 mq baxım dozası. Dermatomikoz(tinea pedis, tinea corporis,tinea cruris, candida infeksiyaları) Həftədə 1 dəfə 150 mq və ya gündə 1 dəfə 50 mq 2-4 həftə; tinea pedis 6 həftəyə qədər müalicə tələb edə bilər tinea versicolor: Həftədə bir dəfə 300-400 mq, 2-4 həftə; Onixomikoz: Həftədə 1 dəfə 150 mq, (yoluxmuş dırnaq dəyişdirilənə qədər). 

Xüsusi əhali qrupu: Yaşlı insanlar: Qaraciyər çatışmazlığı olan ehtiyatla təyin olunmalıdır.Uşaqlar: gündəlik maksimum 400 mq dozadan artıq olmaz. Yeniyetmələr (12 -17 yaş) genital kandidozun

müalicəsi zəruridirsə, doza böyüklər üçün olduğu kimi olmalıdır.

Əlavə təsirləri

Ən tez-tez (>1/10) bildirilən əlavə təsirlər baş ağrısı, qarın ağrısı, ishal, ürəkbulanması, qusma, alanin aminotransferazanın artması, aspartat aminotransferazanın artması, qanda qələvi fosfatazanın artması, aqranulositoz, leykopeniya, trombositopeniya, neytropeniya və səpgidir.

Doza həddinin aşılması

Doza həddinin aşılması halında simptomatik müalicə tələb oluna bilər.

Buraxılış forması Oval, ağ rəngli sərt kapsullardır

ORNAFLU 150 mq N2 kapsul olan. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

ORNAFLU 200 mq N 7 kapsul. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır..

İstehsalçı

“Laboratorio Farmaceutico C.T.” S.r.l.Via Dante alighieri 71 – 18038 Sanremo (IM), Italy.

Əmtəə nişanının və qeydiyyat vəsiqəsinin sahibi

“ORNADO MEDICINE” LLP.Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.