Loading...

Məhsullar

Liqunorm
Liqunorm

Liqunorm


TƏRKİBİ:

Murdarça qabığı (Kövrək murdarça) tozu (Frangula bark (Rhamnus frangula L.) powder) – 150 mq
Rəvənd kökü və yeraltı kökcüyü tozu (Rhubarb root and rhizome(Rheum officinale Baillon, Rheum palmatum L.) powder)  – 125 mq
Səna yarpağı (Şişyarpaq səna) tozu (Senna leaf (Cassia angustifolia M. Vahl.) powder) – 120 mq
Əzvay şirəsi (Tikanlı əzvay) tozu (Aloe juice (Aloe ferox Miller) powder) – 50 mq
Razyana meyvələrinin (Adi razyana) tozu (Fennel fruits (Foeniculum vulgare Miller) powder) – 50 mq
Maqnezium sulfat (Magnesium sulphate) – 100 mq

KÖMƏKÇİ MADDƏLƏR:
Bitki mənşəli maqnezium stearat (Vegetal magnesium stearate), silisium dioksid (silica), mikrokristal sellüloza (Microcrystalline cellulose), hidroksipropil sellüloza (Hydroxypropyl cellulose). Parladıcı maddələr (Glazing agents): jelatinləşdirilmiş nişasta (Pregelatinized modified starch (E 1420)), talk (talc (553b)), qliserol (glycerol (E422)), şellak (shellac (E 904)).

BURAXILIŞ FORMASI:
Tablet.

QABLAŞDIRMA FORMASI:
№30 (2×15) blisterdə, karton qutu qablaşdırmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Qəbizlik zamanı köməkçi vasitə kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.

İSTİFADƏ QAYDALARI VƏ DOZA:
Böyüklər: gündə 1 tablet 2-3 dəfə.

ƏKS GÖSTƏRİŞLƏR:
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər şəxslər.

MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

YARARLILIQ MÜDDƏTİ:
3 il.

SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.

İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugheno (MB)