TƏRKİBİ:

Təsiredici maddə: hər tabletin tərkibində 35mq trimetazidin dihidroxlorid vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, prejelatinləşdirilmiş nişasta, hipromelloza, susuzkolloidal silisium dioksid, maqnezium-stearat.

Örtük:Opadray II Çəhrayı 85G24057 (qismən hidrolizləşdirilmiş polivinil spirti,talk, titan 4-oksid, makroqol/PEG 3350, lesitin (soya), qırmızı dəmir oksidi,sarı dəmir oksidi, qara dəmir oksidi).

TƏSVİRİ:

Çəhrayı, yumru, ikitərəfli qabarıq, yazısız örtüklü tabletlər. Diametri: 8mm-ə yaxındır.

FARMAKOTERAPEVTİK QRUPU:

Ürək xəstəliklərinin müalicəsi üçün digər vasitələr.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Farmakodinamikası

Təsir mexanizmi

Trimetazidin 3-ketoasil-CoA tiolazanın uzun zəncirini blokadaya alaraq, yağ turşularının oksidləşməsini inhibə edir, bununla da qlükozanın oksidləşməsi prosesinə gücləndirici təsir göstərir. Hüceyrənin işemiyası şəraitində, qlükozanın oksidləşməsi prosesində alınmış enerji daha az oksigen sərfi tələb edir, nəinki yağ turşularının oksidləşməsi prosesində.Qlükozanın oksidləşməsinin gücləndirilməsi hüceyrələrin energetik proseslərini optimallaşdırır, beləliklə işemiya şəraitində düzgün enerji mübadiləsini saxlayır. Trimetazidin hipoksiya şəraitində hüceyrələrin energetik metabolizmini saxlamaq yolu ilə ATF-ın hüceyrədaxili səviyyəsinin azalmasının qarşısını alır. Antiişemik effektlər yanaşı hemodina-mik təsirlər olmadan əldə olunur.

Klinik effektivliyi və təhlükəsizliyi Klinik tədqiqatlar zamanı xroniki stenokardiyalı xəstələrin müalicəsi zamanı monoterpiya şəklində və ya kifayət qədər effektivliyi olmadıqda antianginal terapiyaya əlavə kimi istifadə olunan trimetazidinin effektivliyi və təhlükəsizliyi müəyyən edilmişdir.426 xəstənin iştirakı ilə aparılan ikiqat kor randomizəolunmuş, plasebo-nəzarətli tədqiqatlarda (TRIMPOL-II) trimetazidin (gündə 60mq) 12 həftə ərzində gündə 100mq (iki dəfə 50mq) metoprolol ilə terapiyaya əlavə olaraq istifadə olunmuş, bu zaman plasebo ilə müqayisədə yüklənmə testlərin parametrlərinin və klinik simptomların əhəmiyyətli yaxşılaşması müşahidə olunmuşdur. Yüklənmələrin ümumi davametmə müddəti +20,1 san, p=0,023, icra olunmuş işin həcmi +0,54 MET, р = 0,001, ST seqmentinin +33,4 s izoxəttdən 1mm aşağı depressiyasının yaranmasına qədər olan zaman, р = 0,003, stenokardiya tutmasının davametmə müddəti +33,9 s, р <0,001 , həftədə stenokardiya tutmalarının tezliyi -0,73, р = 0,014, hemodinamik dəyişiklik olmadan həftədə tez təsirli nitratların istifadəsi -0.63, р = 0,032 təşkil etmişdir.223 xəstənin iştirakı ilə ikiqat kor randomizəolunmuş, plasebo-nəzarətli tədqiqatlarda (Sellier) bir tablet 35mq uzunmüddətli təsirli trimetazidin (gündə iki dəfə) gündə 50mq atenolol ilə terapiyaya əlavə olaraq 8 həftə ərzində istifadə olunmuşdur, bununla beləyarımqrup xəstələrdə (n=173) yüklənmə testlərində ST seqmentinin izoxəttdən 1mm aşağı depressiyasının yaranmasına qədər olan zamanın əhəmiyyətli artımı (+34,4 s, p = 0,03) əldə olunmuşdur, plasebo ilə müqayisədə preparatın qəbulundan sonra 12 saat sonra. Həmçinin stenokardiya tutmalarının davametmə müddətlərində fərq qeydiyyata alınmışdır (р = 0,049). Qrupplar arasında statistik əhəmiyyətli fərqlər digər ikincili son nəticələr üçün də aşkar olunmamışdır (yüklənmələrin ümumi davametmə müddəti, yüklənmənin ümumi həcmi və son klinik nəticələr).1962 xəstənin iştirakı ilə 3 ay davam edən (Vasco) ikiqat kor randomisəolunmuş, plasebo-nəzarətli tədqiqatlarda gündə 50mq atenolol və trimetazidinin iki dozası (gündə 70mq və 140mq) istifadə olunmuşdur, plasebo ilə müqayisədə. Ümumi populyasiyada, o cümlədən simptomları olan və simptomlar olmayan xəstələrdə nə erqometrik (yüklənmələrin ümumi davametmə müddəti, ST seqmentinin izoxəttdən 1mm aşağı depressiyasının yaranmasına qədər olan zaman və stenokardiya tutmasının yaranmasına qədər olan zaman), nə də klinik nəticələrdə istifadəsinin üstünlüyü nümayiş olunmamışdır. Bununla belə, simptomlu xəstələr yarımqrupunda (1574), 140mq trimetazidinin birdəfəlik qəbulundan sonra analiz ilə, ümumi yüklənmənin davametmə müddəti (+13,1 splaseboyaqarşı +23,8 s, р = 0,001) və stenokardiya tutmasının yaranmasına qədər zamanı (+46,3 sqarşı (+32,5 splasebo, р = 0,005)əhəmiyyətli yaxşılaşmışdır.

Heyvanlar üzərində aparılan tədqiqatlar

Trimetazidin:

  • Hipoksiya və işemiya şəraitində ürəyin və baş beyin toxumalarının metabolizmini saxlamağa yardım edir,
  • İşemiyanın yaratdığı hüceyrədaxili asidozu və membran ion kanallarının fəaliyyətinin pozulmasını azaldır,
  • Kəskin işemiya zamanı və reperfuziyadan sonra neytrofil qranulositlərin miqrasiyasını və onların miokard toxumalarına keçməsini azaldır, həmçinin eksperimental infarktların ölçüsü-nü azaldır,
  • Hemodinamikaya birbaşa təsiri olmadan öz təsirini göstərir

Xəstələr üzərində tədqiqatlarStenokardiyalı xəstələr üzərində aparılan nəzarətli tədqiqatlarda trimetazidinin aşağıdakı təsirləri meydana çıxmşdır:

  • Müalicənin 15-ci günündən etibarən gərginlik stenokardiyası tutmalarını təxirə salmaq,
  • Stenokardiya tutmalarının tezliyinin azaldılması,
  • Nitratların dozasının əhəmiyyətli azalması,
  • İşemiya zamanı sol mədəciyin funksiyasının yaxşılaşması,
  • Hemodinamikaya birbaşa təsiri olmadan öz təsirini göstərir.

FARMAKOKİNETİKASI

Absorbsiyası Daxilə qəbul edildikdən sonra trimetazidin sürətlə absorbsiya olunur və təxminən 5 saat sonra qan plazmasında maksimal konsentrasiyaya çatır. 11 saat sonra təyin olunan dozanın 75%-i aşan konsentrasiyanın səviyyəsi 24 saatdan çox plazmada saxlanılır. Tarazlıq vəziyyəti 60 saat sonra əldə olunur. Qida qəbulu preparatın farmakokinetik xüsusiyyətlərinə təsir göstərmir.

PaylanmasıPaylanma həcmi 4.8 (l/kq-1) təşkil edir, bu isə toxumalara yaxşı diffuziyanı izah edir (zülallarla birləşmə dərəcəsi kifayət qədər aşağıdır, in vitro 16%-ə yaxın).

XaricolmasıTrimetazidin orqanizmdən əsasən böyrəklər vasitəsilə praktiki olaraq dəyişilməmiş şəkildə xaric olunur. Yarımxaricolma dövrü 7 saata yaxın təşkil edir, 65 yaşdan yuxarı xəstələrdə- 12 saata yaxın.

Xüsusi qrup xəstələrdə farmakokinetikasıTrimetazidinin böyrək klirensi kreatinin klirensi ilə düz korrelyasiya edir, qaraciyər klirensi yaşla əlaqədar azalır. Göstərilmişdir ki, yaşlı xəstələrdə gündəlik 2 tablet dozanın gündə iki dəfə qəbulu zamanı plazmada ekspozisiyanın artımı hər-hansı ifadə olunmuş effektə gətirib çıxarmır.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

Kardiologiya:

Trimetazidin böyüklərdə tutmaları adekvat nəzarət oluna bilməyən və ya birinci xətt antianginal terapiya preparatlarının orqanizm tərəfindən mənimsənilməməsi zamanı stabil stenokardiyası olan xəstələrin profilaktikası və simptomatik müalicəsi üçün əlavə terapiya kimi istifadə olunur.Əks göstərişlər- preparatın hər-hansı komponentinə qarşı yüksək həssaslıq- hamiləlik- laktasiya dövrü- 18 yaşa qədər (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb) yaş dövrü-Parkinson xəstəliyi, parkinsonizm əlamətləri, tremor, narahat ayaqlar sindromu və digər oxşar hərəkət pozulmaları-ağır böyrək çatışmazlığı (kreatinin klirensi<30ml/dəq)Hamiləlik və laktasiya dövründə istifadəsiHamiləlikHamiləlik zamanı preparatın istifadəsinin təhlükəsizliyi barədə məlumat yoxdur, bununla əlaqədar trimetazidinin hamiləlik dövründə istifadəsindən imtina etmək lazımdır.

LaktasiyaTrimetazidinin ana südünə keçməsi məlumdur. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olarsa, ana südü ilə qidalandırmanı dayandırmaq tövsiyə olunur.İstifadə qaydası və dozası

Böyüklər:Gündə 2 dəfə – səhər və axşam yemək zamanı bir tablet (35mq) daxilə qəbul edilir. Xüsusi qrup xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi Orta dərəcədə böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 30-60 ml/dəq) (“Xüsusi göstərişlər” və “Farmakokinetika” bölmələrinə bax) tövsiyə olunan doza 1 tablet 35mq səhər yeməyi zamanı. Yaşlı xəstələrdə istifadəsiYaşlı xəstələrdə böyrəklərin funksiyasının yaşla əlaqədar zəifləməsi ilə trimetazidin daha yavaş-yavaş xaric olunur (“Farmakokinetika” bəndinə bax). Orta böyrək çatışmazlığı olan xəstələrdə (kreatinin klirensi 30-60 ml/dəq) tövsiyə olunan doza səhər yeməyi zamanı 1 tablet (35mq) təşkil edir.Yaşlı xəstələrdə dozanın titrlənməsi xüsusi ehtiyatlılıqla həyata keçirilməlidir.Uşaqlarda istifadəsi18 yaşa qədər uşaqlarda trimetazidinin təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb. Etibarlı məlumatlar yoxdur.Əlavə təsirləriHəzm traktına: nadir- ürəkbulanma, qusma.Mərkəzi sinir sisteminə: preparatın qəbulu ilə əlaqədar geri dönən parkinsonizm, həmçinin Parkinson xəstəliyi və ya Levi cisimcikli demensiyası olan xəstələrin vəziyyətinin ağırlaşması barədə ayrı-ayrı məlumatlar mövcuddur (tezliyi müəyyən olunmayıb).Trimetazidinin mümkün olan əlavə təsirləri orqanlar sistemi üzrə və yaranma tezliyinə görə (tək-tək hallar nəzərə alınmadan) aşağıdakı cədvəldə təsnif olunmuşdur. Başvermə tezliyi aşağıdakı kimi ifadə olunur: çox tez-tez (> 1/10), tez-tez (> 1/100 və < 1/10), az-az (>1/1000 və < 1/100), nadir (> 1/10000 və < 1/1000), çox nadir(<1/10000), ayrı-ayrı məlumatlar daxil olmaqla.Doza həddinin aşılmasıPreparatın mümkün olan doza həddinin aşılması barədə məlumatlar məhduddur. Müalicə simptomatik olmalıdır.Digər dərman vasitələri ilə qarşılıqlı təsiriTrimetazidinə aid klinik sınaqlarda digər dərman vasitələri ilə hər-hansı qarşılıqlı təsirin olması aşkar olunmamışdır, o cümlədən yaşlı xəstələrdə.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Trimetazidin artıq mövcud olan parkinsonizm simptomlarını ağırlaşdıra bilər və ya onları yarada bilər (tremor, akineziya, əzələlərin rigidliyi), xüsusən yaşlı xəstələrdə bunlar müntəzəm olaraq yoxlanmalıdır. Şübhəli hallarda müvafiq müayinələri aparmaq üçün xəstələri nevropatoloqa yönəltmək lazımdır.Parkinsonizm simptomları, narahat ayaqlar sindromu, tremor, yerişin pozulması kimi hərəki pozulmaların yaranması son nəticədətrimetazidin qəbulunun dayandırılmasına gətirib çıxarmalıdır.Belə simptomlar nadir hallarda yaranır və adətən müalicənin dayandırılmasında sonra keçib gedir. Əksər xəstələrdə hərəkət trimetazidinin qəbulunun dayandırılmasından sonra 4 ay ərzində bərpa olunur. Əgər parkinsonizm simptomları preparatın qəbulu dayandırıldıqdan sonra 4 aydan artıq qalarsa, nevropatoloq ilə məsləhətləşmək lazımdır.Yerişin pozulması və ya arterial hipotenziya ilə əlaqədar yıxılmalar baş verə bilər, xüsusən antihipertenziv terapiya qəbul edən xəstələrdə (“Əlavə təsirlər” bəndinə bax).Plazmada ekspozisiyanın artması ehtimal edilən xəstələrə trimetazidinin təyin olunması zamanı ehtiyatlı olmaq lazımdır:- orta böyrək çatışmazlığı olan xəstələr (“İstifadə qaydası və dozalar” və “Farmakokinetika” bəndlərinə bax),-75 yaşdan yuxarı yaşlı xəstələr (“İstifadə qaydası və dozalar” bəndinə bax).

Ağır qaraciyər çatışmazlığı olan xəstələrdə klinik təcrübə olmadığı üçün, preparatın istifadəsi məsləhət görülmür.Trimetazidin dihidroxlorid 35mq uzunmüddətli təsirə malik tabletlər qeyri-stabil stenokardiya tutmalarının müalicəsi üçün göstəriş deyil və qeyri-stabil stenokardiyanın və ya miokard infarktının birinci xətt terapiyası üçün preparat deyildir. Xəstəxanayaqədərki dövrdə və xəstəxanaya yerləşdirmənin ilk günlərində preparatı istifadə etmək olmaz.Qeyri-stabil stenokardiya tutması zamanı diaqnoza yenidən baxılmalı və müalicə korreksiya olunmalıdır (terapiya və, lazım olduqda revaskulyarizasiya).Uzunmüddətli təsirə malik tabletlərin tərkibində soya lesitini var, bu səbəbdən soyaya qarşı allergiyası olan xəstələr bu preparatı qəbul etməməlidir. Klinik məlumatlar olmadığı üçün Predizin preparatının təyini kreatinin klirensi 15ml/dəq-dən az olan böyrək çatışmazlığı olan xəstələrə, həmçinin ifadəolunmuş qaraciyər funksiyasının pozulamaları olan xəstələrə məsləhət görülmür. Predizini ürək-damar mənşəli kəskin stenokardiyanın müalicəsi üçün təyin etmək olmaz.

NƏQLİYAT VASİTƏLƏRİNİ VƏ DİGƏR POTENSİAL TƏHLÜKƏLI MEXANİZMLƏRİ İDARƏETMƏ QABİLIYYƏTİNƏ TƏSİRİ Klinik tədqiqatlar preparatın hemodinamikaya təsirini aşkar etməmişdir, lakin postmarketinq dövrdə başhərlənmə və yuxululuq hadisələri müşahidə olunmuşdur, bu isə avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

BURAXILIŞ FORMASI

10 tablet, PVX/PVDX-pərdədən və alüminium folqadan hazırlanmış blisterdə.6 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SAXLANMA ŞƏRAİTİ

25 ºC-dən yüksək olmayan temperaturda, rütubətdən qorumaq üçün orijinal qablaşdırmada,uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır!