TƏRKİBİ:
Vitamin E (mənbə d-alfa-tokoferol) (source d-alpha-Tocopherol)        200 BV
Vitamin A (mənbə Retinol palmitat) (source Retinol palmitate)           800 BV
Sink (mənbə sink sulfat (Zinc (source zinc sulfate))                                 25 mq
Selen (mənbə natrium selenit (Selenium (source sodium selenite)      150 mkq

Köməkçi maddələr: Günəbaxan yağı (Sunflower oil), Sarı yonca mumu (Clover yellow beeswax), Günəbaxan lesitini (Sunflower lecithin), Jelatin (Gelatin), Qliserin (Glycerin), Dəmir dioksid (İron dioxide), Titan dioksid (Titanium dioxide).
XÜSUSİYYƏTLƏRİ:
Təbii vitamin E – yağda həll olan vitaminlərdən olub, təbiətdə 8 izomerinə rast gəlinir. Vitamin E orqanizmdə oksidləşmə-reduksiya reaksiyalarını zəiflətməsi hesabına sərbəst radikalların miqdarının azalmasında iştrak edərək, hüceyrəvi və humoral immunitetin stimulə olunmasına kömək edir. Tokoferol hemin və zülalların sintezində iştirak edir. Hüceyrələrin oksigenlə təchizatının yaxşılaşmasına kömək edir, toxuma tənəffüsündə iştirak edir. Hüceyrəarası sahədə kollagen və elastiki liflərin sintezini stimulə etməklə hüceyrəvi proteksiyanı və toxuma proliferasiyasını həyata keçməsinə kömək edir, damar divarı tonusu və keçiriciliyini normallaşmasında iştirak edir. Qanı durulaşdırmaqla periferik qan dövranını yaxşılaşdırılmasına kömək edir. Tokoferol mayalanmanın baş tutması, cinsiyyət sisteminin formalaşması və cinsi funksiyanın yerinə yetirilməsi kimi bir sıra reproduktiv proseslərin normal gedişatında iştirak edir: Vitamin E-nin avitaminozu zamanı kişilərdə cinsi funksiyaların aşağı düşməsi, spermatogenezin pozulması, qadınlarda isə menstruasiya tsiklinin pozulması və hamiləlik zamanı düşüklərə meylliyin artması müşahidə olunur. Ağır hallarda damar tonusunun aşağı düşməsi, hipotoniya, skelet əzələlərinin və miokardın distrofiyası, fotoreseptorların degenerasiyasının artması fonunda görmənın pozulması kimi patologiyalar müşahidə olunur.
Vitamin A – yağda həll olan vitaminlərdən olub, sümüklərin və dişlərin formalaşmasında, hüceyrələrin böyüməsində, zülalların və cinsi hormonların biosintezində iştirak edir, maddələr mübadiləsinin normal gedişatını kömək edir. Vitamin A hüceyrə membranı funksiyasını yerinə yetirilməsində iştirak etməklə hüceyrə qocalmasının qarşısını almağa kömək edir. Selikli qişanın baryer funksiyasının, makrofaqların faqositar qabiliyyətinin artmasında, tənəffüs sistemi, həzm sistemi və sidik-cinsiyyət sistemi infeksiyalarına qarşı dözümlülüyü güclənməsində iştirak edir. Dərinin normal bərpasını kömək edir. Vitamin A-nın defisiti zamanı göz quruması, görmənin pozulması, saçların və dişlərin tökülməsi, dəridə quruma və iştahanın pozulması kimi patologiyalar müşahidə olunur.
Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olmaqla hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləməsində iştirak edir. Hüceyrə membranının struktur möhkəmliyində, vitamin A-nın və vitamin E-nin biomənimsənilməsində, orqanizmdə insulinin sintezi ivə toplanmasında iştirak edir, insulinə həssaslığı artmasına kömək edir. Cinsiyyət vəzi toxumalarında toplanmaqla və qonadotrop hormonların (FSH, LH) tərkibinə daxil olmaqla onların sintezinində və sekresiyasında iştirak edərək, spermatogenezin(ovogenezin) stimullaşması və cinsi funksiyaların yerinə yetirilməsinə kömək edir. Qadınlarda estrogendən asılı prosesləri tənzimləyərək uşaqlıq əzələlərinin inkişafında iştirak edir, nəticədə düşüklərin də qarşısını alınmasına kömək edir. Çəngələbənzər vəzinin funksiyasını aktivləşməsində iştirak edərək timin və timozinin səviyyəsini artmasına kömək edir. T-limfositlərin və makrofaqların sintezində, neytrofillərin müdafiə aktivliyinin artmasında və antitel hazırlanmasında, immunitetin formalaşmasında iştirak edir. Sink insulinin tərkib komponenti olmaqla onun sintezini stimullaşdıraraq qanda şəkərin miqdarının tənzimləməsində iştirak edir. Sink defisitı MBT-da, reproduktiv orqanlarda, dəridə və sinir sistemində bir sıra ağır patologiyalara səbəb olur.
Selen – 200-ə yaxın ferment və hormonun tərkibinə daxil olmaqla bir çox həyati vacib proseslərin yerinə yetirilməsində, eləcə də orqanizmin enerji ilə təmin edilməsində iştirak edir. Qlütationperoksidaza fermentinin tərkib komponentlərindən olub və orqanizmin antioksidant müdafiəsində iştirak edir. Arsen və civənın antaqonisti olub, orqanizmdə sərbəst radikalların, ağır metalların neytrallaşmasına kömək edir. İmmun sistemi formalaşdıran hormonların, tiroid və cinsi hormonların sintezində iştirak edir.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
• Vitamin A və E – nin avitaminozunda köməkçi vasitə kimi tövsiyə olunur
• Sink və selen defisiti zamanı köməkçi vasitə kimi tövsiyə olunur
• Menstruasiya pozulmaları, hamiləliyə hazırlıq, düşüklərin tez-tez baş verməsi hallarında köməkçi vasitə kimi tövsiyə olunur
• Klimakterik dövrdə köməkçi vasitə kimi tövsiyə olunur
• Kişilərdə reproduktiv sistemin disfunksiyaları zamanı köməkçi vasitə kimi tövsiyə olunur
• Gözün görmə funsiyalarının zəifləməsi zamanı köməkçi vasitə kimi tövsiyə olunur
• Travmaların yenidən ağırlaşması hallarında köməkçi vasitə kimi tövsiyə olunur
• Əzələlərın degenerativ-distrofik dəyişiklikləri (miopatiya), angio- və venopatiyalar zamanı köməkçi vasitə kimi tövsiyə olunur
• Müxtəlif infeksiyalarda köməkçi vasitə kimi tövsiyə olunur
• Dərinin və selikli qişanın erroziv və xoralı proseslərində, piy mübadiləsi pozulmalarında köməkçi vasitə kimi tövsiyə olunur
• Şəkərli diabetdə köməkçi vasitə kimi tövsiyə olunur
• Müxtəlif orqanik pozulmalarda (ürək-damar, həzm sistemi, tənəffüs sistemi, endokrin sistem) köməkçi vasitə kimi tövsiyə olunur
• İmmun sistemin zəifləməsi hallarında köməkçi vasitə kimi tövsiyə olunur
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, baş ağrısı, dispeptik əlamətlər.
BURAXILIŞ FORMASI: Kapsul.
QABLAŞDIRMA FORMASI: №30 (15×2) blisterdə, karton qutu qablaşmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR: A və E vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA: 14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul gündə 1 dəfə istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq, 12 yaşa qədər uşaqlar, ağır böyrək çatışmazlığı (plazmada kreatinin səviyyəsi 3 mq/100 ml yuxarı olduqda).
MƏLUMAT: Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
SAXLANMA ŞƏRAİTİ: 25ºC-dən yuxarı olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
YARARLILIQ MÜDDƏTİ: 30 ay.
MƏHSULUNUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə): “Primea Limited”, Latviya.
İSTEHSALÇININ ÜNVANI: Ventspils iela 48, Riga, LV-1002, Latviya