Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ENFİTROP
ENFITROP
Beynəlxalq patentləşdirilməmiş adı:
Tiotropium bromid
Tərkibi
Tərkibi: Təsiredici maddə: tiotropium bromid 13 mkq. Köməkçi maddələr: laktoza monohidrat və hipromelloza.
İstifadə zamanı Zephir inhalyatorundan tənəffüs yoluna hər kapsuldan 10 mkq tiotropium daxil olur.
Təsviri
ENFITROP tərkibində hər doza başına 10 mikroqram ağ rəngli inhalyasiya tozu olan, rəngsiz və şəffaf sərt kapsuldur.
Farmakoterapevtik qrupu
M-xolinreseptorların blokatoru- Bronxolitik dərman vasitəsi
ATC kodu:
R03BB04
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
ENFITROP uzun müddətli təsir edən bronxodilatator olub tənəffüs yollarını genişləndirərək ağciyərə hava daxil olmanı və xarıc olmanı asanlaşdırır. Bu dərmanın müntəzəm istifadəsi, xəstəliyinizlə əlaqəli davam edən nəfəs darlığı zamanı da sizə kömək edə bilər və bu xəstəliyin gündəlik həyatınıza təsirlərini minimuma endirməyə kömək edəcəkdir. Bu da daha uzun müddət aktiv olmağınıza kömək edir. Bu dərmanın gündəlik istifadəsi XOAX simptomlarının qəfil, qısamüddətli, bir neçə gün davam edə biləcək pisləşməsinin qarşısını almağa kömək edəcəkdir. Bu dərmanın təsir müddəti 24 saat davam edir, buna görə yalnız gündə bir dəfə istifadə etməlisiniz
Tiotropium bromidi müxtəlif yarımtip xolinoreseptorlara- m1-dən m5 -ə qədər eyni həssaslığa malikdir. Tənəffüs yollarında m3 reseptorlarını inhibə etməsi nəticəsində saya əzələlərin boşalması baş verir. Bronxodilatator təsiri dozadan asılıdır və ən azı 24 saat təsirini saxlayır. Uzun müddətli təsiri, ehtimal olunur ki, ipratropium bromidlə müqayisədə m3 reseptorları ilə birləşmədən çox zəif şəkildə ayrılması ilə əlaqədardır. Tiotropium bromid inhalyasiya yolu ilə tətbiq edildikdə, N-dördüncü quruluşun antixolinergik agent kimi yerli selektiv təsir göstərir,terapevtik dozalarda isə sistem təsirli antixoliner- gik qədər əlavə təsirlərə səbəb olmur. Tiotropium bromidin M2 reseptorlarla birləşməsindən ayrılması M3 reseptorları ilə olan müqaisədə daha sürətli olur. Reseptorlarla yüksək yaxınlığı və onlarla birləşməsindən gec ayrılması XOAX-də intensiv və uzun müddətli bronxodilatator təsirə səbəb olur.
Tiotropium bromidin inhalyasiyasından sonra bronxodilatasiya sistemli deyil, lokal təsir göstərir. Klinik tədqiqatlarda, 24 saat ərzində bir dəfə tiotropium bromidin qəbulundan 30 dəqiqə sonra ağciyər funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdığı (MEH1 və AMHT artımı) göstərilmişdir. Farmakodi- namik tarazlıq 1 həftə ərzində əldə edilir və ifadə olunmuş bronxodilatator təsir 3 -cü gündə müşahidə olunur. Tiotropium bromid, xəstələrdə səhər və axşam pik ekspiratuar axınını əhəmiyyətli dərəcədə artırır. İl ərzində bronxodilatlayıcı təsirə qarşı heç bir tolerantlıq müşahidə edilməmişdir. Tiotropium bromid XOAX –nin kəskinləşməsini əhəmiyyətli dərəcədə azaldır və plasebo ilə müqaisədə ilk kəskinləmədən sonrakı şiddətlənmə periodunu artırır. Müalicənin bütün dövründə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Tiotropium bromid XOAX -in şiddətlənməsi ilə əlaqədar hospitalizasiya sayını əhəmiyyətli dərəcədə azaldır
Farmakokinetika
Tiotropium bromid, suda orta dərəcədə həll olan dördüncü ammonium birləşməsidir. Tiotropium bromid,
venadaxili tətbiq və quru toz inhalyasiyası formasında tətbiq zamanı terapevtik məhdudiyyətlər daxilində xətti farmakokinetikaya malikdir.
Tənəffüs yolu ilə tətbiq edildikdə, tiotropium bromidin mütləq biomənimsənilməsi 19,5% təşkil edir ki, bu da dərman fraksiyasının ağciyərlərə çatmasının baxımından yüksək biomənimsənilmə sayılır. Qan plazmasında Cmax inhalyasiyadan 5 dəqiqə sonra əldə edilir. Tiotropium bromid mədə -bağırsaq traktından zəif sorulur. Bu səbəbdən, qida qəbulu tiotropiumun sorulmasına təsir etmir. Suspensiya şəklində tiotropium bromid qəbul edildikdə mütləq biomənimsənilmə 2-3%təşkil edir.
Plazma zülalları ilə birləşməsi 72%-dir. Vd – 32 l / kq. XOAX olan xəstələrdə tarazlıq vəziyyətində, qan plazmasında Cmax, tozun 18 μq dozada inhalyasiyasından 5 dəqiqə sonra 17-19 pq / ml təşkil edir və sürətlə azalır. Qan plazmasında Css 3-4 pq/ ml təşkil edir
HEB-i keçmir. Biotransformasiya dərəcəsi əhəmiyyətsizdir. Tiotropium bromid, muskarin reseptorlarla bağlanmayan qeyri enzim yolu ilə N-metilskopin spirti və ditienilqlikol turşusuna parçalanır. Metabolik pozğunluqlar CYP2D6 və 3A4 izofermentlərinin inhibitorlarının (kinidin, ketokonazol, gestoden) qəbulu ilə bağlıdır. CYP2D6 və 3A4 izofermentləri dərman maddələrinin metabolizmində iştirak edir. Tiotropium bromid, yüksək terapevtik konsentrasiyalarda belə, qaraciyər mikrosomlarında sitoxrom P450 1A1, 1A2, 2B6, 2C9, 2C19, 2D6, 2E1 və ya 3A4 izofermentlərini inhibə etmir. Inhalyasiya yolu ilə orqanizmə daxil olduqdan sonra T1 / 2 terminalı 5-6 gün təşkil edir. Sağlam gənc könüllülərə venadaxili tətbiq zamanı ümumi klirens 880 ml / dəq, fərdi dəyişkənliyi isə 22% təşkil edir. Tiotropium bromid, venadaxili tətbiq edildikdə əsasən sidikdən dəyişməz olaraq xaric olur – 74%. İnhalyasiya ilə qəbul zamanı isə böyrəkdən xaric olma 14% təşkil edir, qalan hissəsi bağırsaqdan sorulmur, nəcislə xaric olur. Tiotropium bromidin böyrək klirensi KK -dən çoxdur ki, bu da dərmanın borucuq sekresiyasına təsirini göstərir KOAH xəstələrində gündə 1 dəfə uzun müddət tətbiq edildikdən sonra, 2-3 həftədən sonra farmakokinetik parametrlərin tarazlıq vəziyyətinə çatılır, başqa bir kumulyasiya müşahidə edilmir.Yaşlı xəstələrdə tiotropium bromidin böyrək klirensində azalma var (58 yaşa qədər XOAX xəstələrində 326 ml / dəq, 70 yaşdan yuxarı XOAX xəstələrində 163 ml / dəq qədər) ki, bu yaşla bağlı böyrək funksiyasının azalması ilə əlaqəlidir. İnqalyasiyadan sonra tiotropium bromidin sidiklə atılması 14% -dən (gənc sağlam könüllülər) 7% -ə (XOAX xəstələri) qədər azalır, lakin XOAX xəstəsi olan yaşlı xəstələrdə, fərdi xarakterləri nəzərə alınmaqla plazma konsentrasiyasında ciddi dəyişikliklər müşahidə edilməmişdir.(İnhalyasiyadan sonra AUC0-4-də 43% artım).
Böyrək funksiyasının pozulması halında inhalyasiya və venadaxili tətbiqdən sonra dərmanın qan plazmasında konsentrasiyası artır və böyrək klirensi azalır. Çox vaxt yaşlı xəstələrdə müşahidə olunan mülayim böyrək çatışmazlığı (KK 50-80 ml / dəq) ilə qan plazmasında Tiotropium bromid konsentrasiyasının artması əhəmiyyətsizdir (venadaxili tətbiqdən sonra AUC0-4-də 39%artım). İpratropin bromidin venadaxili qəbulundan sonra böyrək funksiyasında orta və ya kəskin azalma (CC <50 ml / dəq) olan XOAX xəstələrində, qan plazmasında konsentrasiyasında ikiqat artım (AUC0-4-də 82% artım) müşahidə edilmişdir. plazma konsentrasiyası qan quru toz inhalyasiya sonra müəyyən.
İstifadəsinə göstərişlər
Xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) müalicəsi istifadə olunan dərman vasitəsi.
Əks göstərişlər
– tiotropium və ya preparatın tərkibindəki digər komponentlərə qarşı qarşı hiperhəssaslıq.
– atropin və ya ona bənzər maddələrə qarşı hiperhəssaslıq (məs. ipratropin və ya oksitropin).
– laktoza və ya digər şəkərlərə qarşı hiperhəssaslıq.
– 18 yaşa qədər uşaqvə yeniyetmələr.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
ENFITROP istifadə olunduğu zaman şişkinlik, səpgi, qaşınma, xırıltı və ya nəfəs darlığı kimi sürətli allergik reaksiyalar meydana gələ bilər. Belə hallarda dərhal həkiminizlə məsləhətləşin
ENFITROP tipli inhalyasiya kimi istifadə olunan preparatlar, nəfəs aldıqdan dərhal sonra sinədə sıxıntıya, öskürəyə, xırıltıya və ya nəfəs darlığına (bronxospazm) səbəb ola bilər. Belə hallarda dərhal salbutamol kimi sürətli təsirli ‘rahatlayıcı’ bir inhalyator istifadə etməlisiniz. Bu simptomlar baş verərsə, ENFITROP inhalyatorundan istifadəni dayandırın və dərhal həkiminizə müraciət edin
ENFITROP istifadə etməzdən əvvəl həkim, əczacı və ya tibb bacısını məlumatlandırın:
İnhalyasiya tozunun gözə düşməməsi üçün diqqət edin, bu gözlərin sulanmasına, qapalı bucaqlı qlaukomaya səbəb ola bilər və ya belə vəziyyətləri pisləşdirə bilər. Qapalı bucaqlı qlaukoma göz xəstəliyidir. Gözdə ağrı və ya narahatlıq, bulanıq görmə, işıqlar və ya rəngli şəkillər ətrafında halqa görmək qapalı bucaqlı qlaukomanın əlaməti ola bilər. Göz simptomları baş ağrısı, ürək bulanma və ya qusma ilə müşayiət oluna bilər. Bu zaman preparatdan istifadəni dayandırmalı və qapalı bucaqlı qlaukoma əlamətləri və simptomları görünəndə dərhal həkiminizə müraciət edin, yaxşı olar ki göz həkiminə müraciət edəsiniz.
İnhalyasiya üçün dərman ağız suyu ifrazatını (tüpürcəyi) azalda bilər və ağızda quruluq yarada bilər. Uzun müddətli istifadə diş çürükləri (karies) yarada bilər. Buna görə ağız gigiyenasına diqqət yetirməyi unutmayın tez tez ağzınızı yaxalayın və mütəmadi olaraq dişlərinizi fırçalayın.
Son 6 ay ərzində infarkt keçirmisinizsə (miokard infarktı) və ya son bir ildə qeyri-sabit və ya həyati təhlükə yarada bilən qeyri-stabil ürək döyüntü və ya ağır ürək çatışmazlığı olmuşdursa həkiminizi məlumatlandırın. Bu çox vacibdir, həkim aydınlaşdırmalıdır sizə ENFITROP istifadə etmək olar ya olmaz. Bu preparatı gündə bir dəfədən çox istifadə etməyin
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Aptekdən reseptsiz alınmış dərmanlar, inhalyatorlarda daxil olmaqla başqa bir preparatlar qəbul edirsinizsə və ya yaxın zamanda qəbul etmisinizsə, həkiminizi və ya əczacınızı məlumatlandırın. Əgər ağciyərinizdə olan xəstəliyə görə ipratropin və ya oksitropin kimi analoji preparatlar qəbul edir və ya qəbul etmisinizsə, həkiminizi və ya əczacınızı məlumatlandırın. Bu preparatı XOAX müalicəsi üçün istifadə olunan digər vasitə ilə birlikdə istifadə edildikdə məsələn, salbutamol, metilksantinlər, məsələn teofillin və / və ya oral və ya inhalyasiyon steroidlər, məsələn. prednizolon istifadə olunduqda spesifik əlavə təsirlər aşkarlanmamışdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik varsa və ya ana südü verirsizsizsə, hamilə ola biləcəyinizi və ya hamiləlik planlaşdırırsınızsa bu bu preparatı istifadə etməzdən əvvəl həkim və ya əczacı ilə məsləhətləşin. Bu preparatı həkiminiz tərəfindən xüsusi tövsiyə edilmədikdə istifadə etməyin.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Başgicəllənmə, bulanıq görmə və ya baş ağrısının meydana gəlməsi aftomobil sürmə və təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsir edə bilər.
İstifadə qaydası və dozası
Tövsiyə olunan doza gündə bir dəfə Zephir inhalyatoru ilə bir kapsulun tərkib dozası ilə nəfəs almaqdır. Bir kapsul tələb olunan gündəlik tiotropium dozasını təmin edir (10 mkq tiotropium); tövsiyə olunan dozadan artıq istifadə etməyin. Preparatı hər gün eyni vaxtda istifadə etməyə çalışmalısınız. Bu vacibdir, çünki preparat 24 saat ərzində təsirli olur. Kapsullar yalnız inhalyasiya yolu ilə qəbul etmək üçündür, oral qəbul üçün deyil. Kapsulları udmaq olmaz
ENFITROP kapsulu Zephir inhalyatoruna daxil edilir, inhalyatorda kapsullar deşilir və dərman tozu ilə nəfəs almağa imkan verir. Yalnız Zephir inhalyatoru ilə kapsullardan istifadə edin. Başqa heç bir inhalyator istifadə etməyin. Zephir inhalatorundan düzgün istifadə edə bildiyinizdən əmin olun. Zephir inhalatorundan istifadə üçün təlimatlar bu içlik vərəqində verilmişdir. İstifadə üçün bu təlimatları diqqətlə izləməyi unutmayın.
Kapsulun inhalyatora düzgün yerləşdirilməsi üçün şəkillər karton qutunun qapağının içərisində də verilir. Boğulma riskinin qarşısını almaq üçün, heç vaxt inhalyatorun ağzına bir kapsul qoymayın. Zephir inhalyatorundan istifadə ilə bağlı hər hansı bir probleminiz varsa, həkim, əczaçı və ya tibb bacısından necə işlətmək qaydasını soruşun. Zəruri hallarda, istifadə etdikdən sonra Zephir inhalatorunun ağzını quru bir parça və ya salfetlə ilə silə bilərsiniz
Zephir inhalyatorunu istafadə etdiyinizdən əmin olun. ENFITROP istifadə edərkən dərman preparatı tozunun gözlərinizə düşməməsinə diqqət edin. Gözlərinizə dərman tozu düşərsə, bulanıq görmə, gözdə ağrı və / və ya qırmızı gözlər müşahidə ediləcək; gözlərinizi dərhal isti su ilə yumalısınız. Sonra əlavə məsləhət almaq üçün dərhal həkiminizlə məsləhətləşin
Əlavə təsirləri Bütün dərman preparatları kimi, bu preparatda da əlavə təsirlər meydana çıxa bilər, lakin bu əlavə təsirlər hamıda müşahidə edilə bilməz
Üzdə və ya boğazda şişməyə səbəb olan allergik reaksiyalar (angionevrotik ödem) və ya digər hiperhəssaslıq reaksiyaları (arteriyal təzyiqin ani olaraq düşməsi və ya başgicəllənmə) və ya xırıltının olması və nəfəs darlığı səbəb olan ciddi əlavə təsirlər bu preparatı istifadə etdikdən sonra fərdi olaraq və ya şiddətli allergik reaksiyanın bir hissəsi olaraq ortaya çıxa bilər(anafilaktik reaksiya). Bu cür ciddi əlavə təsirlər nadir hallarda olur. Bundan əlavə, bütün inhalyasiya preparatları ümumi olaraq, bəzi xəstələrdə istifadədən dərhal sonra gözlənilmədən döş qəfəsində sıxılma, öskürək, xırıltı və ya çətin nəfəs alma ilə(bronxospazm ) qarşılaşa bilərlər.
Bu əlavə təsirlərdən biri baş verərsə, dərhal həkiminizə müraciət edin.
ENFITROP inhalyatorunu həkiminizi görənə və ya heç olmasa onunla danışanadək təkrar istifadə etməyin. Xırıltılı və nəfəs darlığınız varsa, sürətli təsir göstərən “rahatlaşdırıcı” (xilasedici) inhalyatorunuzu dərhal istifadə etməlisiniz.
Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:
çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda
(≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Çox tez-tez
Nadir hallarda:
-Baş ağrısı
– Dadbilmənin pozulması
– Bulanıq görmə
– Qeyri requlyar ürək döyüntüsü (qulaqcıq fibrilyasiyası)
– Boğazda ağrı (faringit)
– Səsin xırıldaması(disfoniya)
– Öskürək
– Qıcqırma (qastroezofageal reflüks xəstəliyi)
– Qəbizlik
– Ağız və boğazdakı göbələk infeksiyaları (orofaringeal kandidoz)
– Səpgi
– Sidik ifrazının çətinləşməsi
– Ağrılı sidik ifrazı (dizuriya)
Çox nadir hallarda:
– Yuxunun pozulması (yuxusuzluq)
– Gözlərin qızarması ilə əlaqəli işıqlar və ya rəngli şəkillər ətrafında dairə görmək (qlaukoma)
– Göz təzyiqinin artması
– Qeyri-requlyar ürək döyüntüsü (supraventrikulyar taxikardiya)
– Ürək döyüntüsünün artması (taxikardiya)
– Ürəyin döyündüyünü hiss etmək (ürək çırpınma)
– Tənəffüsdən dərhal sonra öskürək, xırıltı və ya nəfəs darlığı ilə əlaqəli olan sinədə sıxlıq (bronxospazm))
– Burundan qanın axması (burun qanaxması)
– Qırtlağın iltihabı (laringit)
– Bağırsaq keçməzliyi və ya defekasiyanın pozulması (paralitik ileus ilə əlaqəli bağırsaq keçməzliyi)
– Diş ətinin iltihabı (gingivit)
– Dilin iltihabı (qlossit)
– Udmanın çətinləşməsi (disfagiya)
– Ağız boşluğunun iltihabı (stomatit)
– Ürəkbulanma hiss etmə (ürək bulanma)
– Səpkgilər (övrə)
– Qaşınma( dəri qaşınması)
– Sidikçıxarıcı yolların infeksiyalaşması
Tezliyi məlum deyil :
– Bədəndə suyun azalması (dehidrasiya)
– Dişlərin çürüməsi (karies)
– Dərinin infeksiyalaşması və ya xoralaşması
– Dəri quruluğu
– Öynaqlarda ödem
Əlavə təsirlərin hesabatı.
Hər hansı bir əlavə təsirləri müşahidə etdiyiniz halda, həkiminizi, əczacınızı və ya tibb bacısını məlimatlandırın. Bu əlavə təsirlərə broşurada göstərilməyən əlavə təsirlər də daxildir. Əlavə təsirləri bildirərək bu dərmanın təhlükəsizliyi haqqında daha çox məlumat verməyə kömək edə bilərsiz
Doza həddinin aşılması
Gündə 1-dən çox ENFITROP kapsulundan istifadə etmisinizsə, dərhal həkiminizi məlumatlandırın.
Çünki, sizdə ağızda quruluq, qəbizlik, sidik ifrazında çətinliklər, ürək döyüntüsünün artması və ya bulanıq görmə kimi əlavə təsirləri yaşamaq riskiniz daha yüksəkdir..
ENFITROP istifadə etməyi unutmusunuzsa:
Bir doza istifadə etməyi unutmusunuzsa, xatırladığınız anda bunu edin, ancaq eyni anda və ya eyni gündə iki doza istifadə etməyin. Növbəti dozanı həmişəki qaydada istifadəı edin. Unudulmuş dozanın əvəzinə ikiqat doza istifadə etməyin
ENFITROP istifadə etməyi dayandırmaq:
ENFITROP-nın istifadəsini dayandırmazdan əvvəl həkim və ya əczacınızla məsləhətləşməlisiniz. Preparatın istifadəsini dayandırdıqda XOAX-nin əlamətləri və simptomları daha da pisləşə bilər.
Bu preparatın istifadəsi ilə bağlı başqa suallarınız yaranarsa, həkim, əczaçı və ya tibb bacısına müraciət edin.
Buraxılış forması: İçərisində 15 və ya 30 kapsul olan, vintli qapaqla bağlanan şüşə qablarda, karton qutuda Zephir inhalyatoru ilə birlikdə qablaşdırılır. Zephir inhalyatoru yaşıl rəngdə korpusa malikdir və qapağında ağ düyməsi vardır.
ENFITROP Zephir inhalatoru olmayan formalarda da buraxılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Preparatı karton qutuda və şüşəqabın etiketində göstərilən istifadə müddəti bitdikdən sonra istifadə etməyin. Son istifadə tarixi həmin ayın son gününə aiddir.
Soyutmaq və ya dondurmaq olmaz.
Şüşəni sıx qapalı saxlayın. Nəmdən qorunmaq üçün orijinal qablaşdırmada saxlayın. Məhsulu şüşə açıldıqdan sonra 30 gün (15 kapsul şüşə flakonda) və ya 60 gün (30 kapsul şüşə flakonda) ərzində istifadə edin.
Zephir inhalyatorunu yalnız inhalyatorla eyni paketdə veriləcək olan kapsulları və ya inhalyator paketi ilə ayrı-ayrı olaraq verilən kapsulları istifadə edə bilərsiniz. İnhalyatoru başqa bir kapsul üçün yenidən istifadə etmək olmaz.
Dərmanı çirkab suları və ya məişət tullantıları vasitəsi ilə atmayın. Əczaçıdan artıq istifadə etmədiyin dərmanları necə atacağını soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edəcəkdir.
Yararlılıq müddəti
24 ay
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboratorios LICONSA S.A.
Ünvan
Avda. Miralcampo, No 7, Polígono Industrial Miralcampo 19200 Azuqueca de Henares, Guadalajara, İspaniya.
Əmtəə nişanının və qeydiyyat vəsiqəsinin sahibi:
“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.