TƏRKİBİ Təsiredici maddə : bir tabletin tərkibində 16 mq Betahistin dihidroxlorid vardır.Köməkçi maddələr: laktoza monohidrat , qarğıdalı nişastası, mikrokristallik selluloza , susuz limon turşusu,povidon, metanol, təmizlənmiş su, hidrogenləşdirilmiş bitki yağı . FARMAKOTERAPEVTİK QRUPU Labirintin mikrosirkulyasiyasını yaxşılaşdıran preparat Farmakoloji xüsusiyyətləri Betahistin histaminin sintetik analoqudur. Histaminəbənzər təsirə malikdir. H1-histamin reseptorlarının zəif aqonisti, H3- histamin reseptorlarının isə güclü antaqonistidir. Prekapillyar genişlənməyə səbəb olub, adətən labirintin mikrosirkulyasiyasını yaxşılaşdırır.Həmçinin betahistin labirint və qulaq ilbizində endolimfal təzyi-qi tənzimləyir. Bunun nəticəsində müxtəlif etiologiyalı başgicəllənmə ilə gedən xəstəliklərin mualicəsində klinik effekt verir. Dozadan asılı olaraq medial və lateral vestibulyar nüvələri normallaşdırır. Başgicəllən-mələrin intensivliyini və müddətini azaldır, qulaqlarda küyü azaltmaqla eşitməni yaxşılaşdırır.Bronxların və mədə-bağırsaq traktının saya əzələlərinin tonusunu yüksəldir. Mədə şirəsinin sekresiyasını artırma qabiliyyə-tinə malikdir. Farmakokinetikası Daxilə qəbuldan sonra mədə-bağırsaq traktından tam və tez absorbsiya olunur. Plazma zülalları ilə birləşməsi çox aşağıdır (5%) . Qanda maksimal konsentrasiyası ( C max) acqarına dərman qəbulundan sonra mümkün olur . Qaraciyərdə metabolizə olunur . Qeyri-aktiv metaboliti piridul sirkə turşusu və dimetil betahstindir. Metabolitlər böyrəklər vasitəsilə orqanizmdən xaric olur. Preparat xəstələr tərəfindən yaxşı qəbul olunur . Sedativ effektə malik deyil ,uzunmüddətli istifadəsi mümkündür . Hətta yaşlılarda müsbət effekt almaq mümkündür. İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR Menyer sindromu və xəstəliyi . Başgicəllənmələrlə gedən xoşxassəli xəstəliklər. Vestibulyar aparat və labirint pozğunluqları Qulaqlarda küy zamanı eşitmənin zəifləməsi Baş beyin damarlarının aterosklerozu və posttravmatik ensefalopatiyanın kompleks müalicəsində geniş istifadə olunur. ƏKS GÖSTƏRİŞLƏR Hamiləlik […]