TƏRKİBİ:
Vitamin D3 (Xolekalsiferol) – 50000 BV (1000 BV/10 damcı)
KÖMƏKÇİ MADDƏLƏR:
Zeytun yağı (Olive oil (Olea europaea L.), tokoferolların qarışığı (mix of tocopherols).
Buraxılış forması:
Daxilə qəbul üçün məhlul-damcı.
QABLAŞDIRMA FORMASI:
15 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İstİfadə qaydaLARI və doza:
4-14 yaş arası uşaqlar: gündə 2-3 damcı (200-300 BV);
14 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 6 damcı (600 BV).
4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur.
Əks göstərİşlər:
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq, D vitamininin hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, sidik daşı xəstəliyi, sarkoidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri, böyrək çatışmazlığı, ağciyər vərəminin aktiv forması, 4 yaşa qədər uşaqlar.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
YARARLILIQ MÜDDƏTİ:
3 il.
Saxlanma şəraİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
“ORNADO MEDICINE” Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdİyİ ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.
İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugheno (MB)