Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ORNAGNITUS® 45 mq tabletlər
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 45 mq Agni casti fructus extractum siccum
(xammal: ekstrakt müvafiq olaraq 7-13 : 1, etanol 60%, nativ
ekstrakt 10%, qlükoza 90%) vardır.
Köməkçi maddələr: laktoza, kartof nişastası, maqnezium stearat, povidon K-30.
Təsviri
Hər iki tərəfi qabarıq, dairəvi, rənglənməmiş, mərmər səthli bej-qəhvəyi rəngli tabletlərdir.
Farmakoterapevtik qrupu
Digər ginekoloji preparatlar.
ATC kodu: G02CX03
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Preparatın klinik müayinələri göstərdi ki, prolaktinin (dofaminergik təsiri nəticəsində) gizli miqdarı azalır və ya patoloji dəyişikliyə səbəb olan miqdarı cüzi artır.
Agnus castus ekstraktının sistem istifadəsindən sonra prolaktinin hipofizdə ifrazı fizioloji olaraq dayanır, LH və FSH isə normallaşır. Progesteronun sarı cisimdə sintezi normallaşır. Bunun nəticəsində qadınlarda predmenstrual gərginlik sindromunun simptomları, həmçinin süd vəzilərinin ağrısı, miqren baş ağrısı aradan qalxır və çox vaxt menstrual siklin normallaşması müşahidə olunur.
Farmakokinetikası
Ekstraktın mürəkkəb tərkibinə görə onun sorulması, paylanması, metabolizmi və xaric olması tədqiq olunmayıb.
Klinikaya qədərki təhlükəsizliyə dair məlumatlar
Toksiklik üzrə tədqiqatlar zamanı siçovullara yeridilən birdəfəlik dozalardan sonra LD50 15q/kq təşkil edir.
Preparatın təkrar dozalarının yeridilməsindən sonra toksiklik üzrə tədqiqatlar aparılmayıb.
İstifadəsinə göstərişlər
Əks göstərişlər
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Xüsusi tədqiqatlar aparılmayıb, lakin yuxarıda göstərilən təsir mexanizminə əsaslanaraq ehtimal etmək olar ki, tərkibində progesteron və ya gestagen olan dərman maddələrinin (peroral kontraseptiv maddələr) qəbulu preparatın təsirini gücləndirə bilər; preparatın dofaminergik təsiri isə dofamin reseptorların blokatorların təsirini azalda bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Təsir göstərmir.
İstifadə qaydası və dozası
Preparat daxilə qəbul edilir. Bədən çəkisi 60 kq-a qədər olan qadınlar – səhərlər 1 tablet, 60 kq-dan artıq – 2 tablet, 90 gün ərzində.
Əlavə təsirləri
Müalicə zamanı üzün şişkinliyi, nəfəsalma və udma aktının çətinliyi kimi ağır allergik reaksiyalar müşahidə olunarsa, dərhal həkimə müraciət olunmalıdır:
Həmçinin:
Doza həddinin aşılması
Məlumat yoxdur.
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister (30 tablet), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºC-dən yuksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılıma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“Herbapol” S.C., Vroslav müalicəvi otlar müəssisəsi.
Polşa, Vroslav şəh. 50-951, Sv. Mikolay küç., 65/68.
Qeydiyyat vəsiqəsinin sahibi
“Herbapol” S.C., Vroslav müalicəvi otlar müəssisəsi.
Məhsulun və əmtəə nişanının sahibi
“Ornado Medicine LLP”, Great Britain.
Company № OC386612 UK, London, 43 Bedford Street, Officce 11.