Tərkibi

Təsiredici maddə:1 q gelin tərkibində 10 mq nimesulid vardır.

Köməkçi maddələr:makroqol 400, propilenqlikol, karbomer 940, spirt (96%-li), təmizlənmiş su.

Təsviri

Şəffaf, sarı rəngli geldir. 

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

İstifadəsinə göstərişlər

Nomisin gel aşağıdakı hallarda istifadə olunur:

  • Vətərlərin gərilməsi, travma, zədə və idman travmaları zamanı baş verən ağrı, iltihab və ödemin aradan qaldırılması
  • Yumşaq toxumaların iltihabı zamanı
  • Revmatik xəstəliklər zamanı ağrı və iltihabı aradan qaldırmaq məqsədilə 

Əks göstərişlər

  • Nimesulidə və ya Nomisin gelin tərkibinə daxil olan hər hansı bir maddəyə qarşı allergiya (yüksək həssaslıq).
  • Asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı allergiya (bronxospazm, rinit, angioödem, nazal polip, övrə).
  • Dəri örtüyünün zədələnməsi və ya yerli infeksiya
  • Digər gel və ya kremlərlə birgə istifadə

12 yaşdan kiçik uşaqlarda nimesulid istifadə olunmamalıdır. 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

  • Nomisin geli açıq yaralarda və zədələnmiş dəridə istifadə olunmamalıdır
  • Nimesulid göz və selikli qişalarla təmasda olmamalıdır. Belə təmas baş verdikdə gözü və selikli qişaları su ilə yumaq lazımdır.
  • Daxilə qəbul etmək olmaz.
  • Bint və okklüziv sarğı tətbiq etmək olmaz
  • Minimal effektiv dozada və qısa müddət ərzində istifadə etməklə əlavə təsirləri azaltmaq olar
  • Əgər Sizdə böyrək və ya qaraciyər funksiyasının pozulması, qastrointestinal qanaxma, aktiv və ya yaranması ehtimal edilən mədə xorası, qanın koaqul-yasiyasının ağır dərəcəli pozulması və ya ağır və ya nəzarət olunmayan ürək çatışmazlığı varsa, nimesuliddən ehtiyatla istifadə etməyiniz tövsiyə olunur.
  • Əgər Sizdə yüksək həssaslıq halları müşahidə olunursa, Nimesulid geldən ehtiyatla istifadə edin.
  • Digər QSİƏP-lərlə və kremlərlə birlikdə istifadə etdikdə günəş şüalarına qarşı həssaslıq artır (fotodermatit). Dərmanı istifadə etdikdə birbaşa günəş şüalarından uzaq olmaq lazımdır.
  • Simptomlar davam etdiyi və ya ağırlaşdığı halda həkiminizə müraciət edin.

Ehtiyatla

Nimesulid gelin tərkibində olan propilenqlikol dəridə qaşınma törədə bilər.

 Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Nimesulid gel ilə digər dərman vasitələri arasında qarşılıqlı təsir müşahidə edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı dərmanı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Nimesulidin hamiləlik və laktasiya dövründə təsiri haqqında məlumat olmadığından, bu dövrdə həkimin məsləhəti olmadan onun istifadəsi tövsiyə olunmur.

Əlavə təsirlərin yaranma ehtimalına görə istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nimesulid nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliy-yətinə təsir göstərmir

 İstifadə qaydası və dozası

Nomisin geli yalnız həkimin tövsiyə etdiyi qaydada istifadə edin.

Böyüklər

Gel gündə 2-3 dəfə zədələnmiş nahiyəyə sürtülür. Miqdar zədələnmiş yerin sahəsindən asılıdır. Geli tam hopana qədər sürtmək lazımdır.

12 yaşadan kiçik uşaqlar

12 yaşdan kiçik uşaqlarda nimesulid istifadə olunmamalıdır.

Əgər geli istifadə etmək yadınızdan çıxıbsa, onu mümkün qədər tez istifadə edin. Dozanı artırmaqla yaddan çıxmış dozanı əvəz etməyə çalışmayın.

Gelin istifadəsindən sonra əllərinizi yuyun.

 Əlavə təsirləri

Hər bir dərmanda olduğu kimi, Nomisinin də əlavə təsirləri ola bilər, lakin bu təsirlər hər pasiyentdə meydana çıxmır.

Adətən rast gələn əlavə təsirlərə qaşınma və qızartı (eritema) aiddir.

Əlavə təsirlər ağırlaşarsa və ya bu təlimatda qeyd olunmayan hər hansı əlavə təsir meydana çıxarsa, o halda həkimə müraciət edin.

 Doza həddinin aşılması

Doza həddinin aşılması halı qeyd edilməyib. Təsadüfən daxilə qəbul edilərsə

ağız boşluğu su ilə yuyulmalı və həkimə müraciət olunmalıdır.

 Buraxılış forması

30q gel, tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºC-dən aşağı temperaturda və  uşaqların əl çatmayan yerdə saxlamaq lazımdır.

Dərmanlar çirkab sularına axıdılmamalı və məişət tullantıları ilə atılmamalıdır. Ətraf mühitin qorunması məqsədilə  müvafiq tədbirlərin görülməsi üçün əczaçıya müraciət edin.

Yararlılıq müddəti

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında  buraxılır.

Məhsulun və əmtəə nişanının sahibi: “ORNADO MEDICINE” Office 11, 43 Bedford Street, London,  WC2E 9HA, Böyük Britaniya.

 İstehsalçı

VEM İlaç San. Tic. A.Ş.

Çerkezköy Organize Sanayi Bölgesi

Karaağaç Mah. Fatih Blv. No:38

Kapaklı/TEKİRDAĞ/TURKEY.