Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 12,5 mq deksketoprofenə ekvivalent olan 18,5 mq deksketoprofen trometamol vardır.

Köməkçi maddələr: karbomer 980, propilen glikol, polietilen glikol (PEG 400), etil spirti (96%), 18% natrium hidroksid məhlulu, lavanda aromatizatoru, deionizasiya olunmuş su.

Təsviri

Gel 1,25%.

Qeyri-şəffaf boz-ağ rəngli gel, homogen, lavanda qoxusu ilə.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihab əleyhinə preparat.

ATC kodu: M01AE17

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Deksketoprofen – propion turşusu törəməsi olub, qeyri-steroid iltihab əleyhinə preparatdır (QSİƏP). Analgetik, iltihab əleyhinə təsirə malikdir. Təsir mexanizmi siklooksigenaza-1 və siklooksigenaza-2 aktivliyini dəf etməklə prostaglandinlərin biosintezini azaltması ilə əlaqədardır, hansı ki, iltihab, ağrı və qızdırmanın patogenezində böyük rol oynayır. Yerli olaraq tətbiq olunduqda, gel tətbiq olunan sahədə ağrı və ödemi azaldır.

Farmakokinetikası

Yerli olaraq gel şəklində istifadə edildikdə, preparat ləng sorulur və praktik olaraq orqanizmdə kumulyasiya etmir. Biomənimsənilmə 5%-dir, bu təsirin yerli xarakterini və sistem təsirlərinin olmamasını şərtləndirir.

Gelin yerli tətbiqi zamanı qan plazmasında maksimal konsentrasiyaya 4 saatdan sonra çatır. Preparat 24 saatdan sonra orqanizmdən tamamilə xaric olunur.

Sinovial mayedə terapevtik səviyyə qeyd olunur, bu da 2.5% deksketoprofen geli ilə eynidir.

İstifadəsinə göstərişlər

Aşağıdakı xəstəliklərdə və vəziyyətdə yüngül və orta dərəcəli ağrı sindromu:

– Dayaq-hərəkət sisteminin kəskin və xroniki iltihabi, iltihabi-degenerativ və metabolik xəstəlikləri zamanı (revmatoid artrit, spondiloartrit, artroz, osteoxondroz daxil olmaqla);

– Yumşaq toxumaların revmatik xəstəlikləri zamanı (tendinit, bursit və s.);

– Yumşaq toxumaların və oynaqların travma sonrası iltihabı zamanı (burxulma, gərginlik, əzilmə, çıxıq və s. səbəbi ilə).

Əks göstərişlər

deksketoprofenə və ya Sakurat gelin tərkibindəki köməkçi maddələrə qarşı yüksək həssaslıq,
asetilsalisil turşusuna (aspirin) və ya digər qeyri-steroid iltihab əleyhinə preparatlara qarşı yüksək həssaslıq,
asetilsalisil turşusu (aspirin) və ya digər qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu nəticəsində bronxial astma və ya astma tutmaları, kəskin allergik rinit, burun polipləri, övrə, angionevrotik ödem yarandıqda,
hamiləliyin üçüncü trimestri,
gel açıq yaralara və ya davamlı dəri zədələnmələri olan nahiyyəyə tətbiq edilmir,
gel selikli qişalara, anal və ya cinsiyyət bölgələrinə tətbiq edilmir,
gel heç bir dar paltar və ya okklüziv sarğı ilə tətbiq olunmur.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Sakurat gelin tərkibində propilen qlikol var, dəri reaksiyasına səbəb ola bilər.

Uşaqlarda istifadəsi

6 yaşından kiçik uşaqlar üçün hər hansı göstəriş və ya doza təyin olunmadığından, bu yaş qrupunda gel istifadə edilməməlidir.

Yaşlılarda istifadəsi:

Yaşlı xəstələr üçün doza korreksiyasına ehtiyac yoxdur.

Böyrək / qaraciyər çatışmazlığı

Sistem təsir minimal olsa da, ağır böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr ehtiyatla istifadə etməlidirlər.

Lazım olduğundan daha çox Sakurat gel istifadə edildikdə

Sakurat geli 7,5 qr-dan çox istifadə etməyin (gel təxminən 14 sm). Təsadüfi peroral qəbulu halında dərhal həkiminizə məlumat verin və ya ən yaxın xəstəxanaya müraciət edin.

Deyiləndən daha çox Sakurat gel istifadə etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin.

Sakurat geli istifadə etməyi unutmusunuzsa

Unudulmuş dozanın əvəzini çıxarmaq üçün ikiqat doza istifadə etməyin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Belə ki, deksketoprofen çox az miqdarda sistem qan dövranına daxil olduğundan, digər dərman vasitələri və maddələrlə qarşılıqlı təsiri çox nadir hallarda, demək olar ki, heç vaxt olmur.

Digər yerli təsirli qeyri-steroid iltihab əleyhinə preparatlarla birlikdə istifadə edilməməlidir, çünki əlavə təsirlərin yaranma riski arta bilər.

Resept olmadan alınan dərmanlar da daxil olmaqla başqa bir dərman qəbul etdiyinizi və ya yaxın zamanda qəbul etdiyinizi həkiminizə və ya əczaçınıza bildirin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Hamiləliyin üçüncü trimestrində Sakurat gelin istifadəsi tövsiyə edilmir, birinci və ya ikinci trimestrdə ehtiyatla istifadə edilir.

Hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, Sakurat geli istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Müalicə müddətində hamilə olduğunuzu aşkarlasanız, dərhal həkiminizə və ya əczaçınıza müraciət edin.

Laktasiya dözrü

Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.

Körpənizi əmizdirirsinizsə, Sakurat gel istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Sakurat gel əmizdirmə zamanı tövsiyə edilmir.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Sakurat gelin sizin maşın idarə etmə və ya mexanizmlərlə işləmə qabiliyyətinizə hər hansı bir təsiri yoxdur.

İstifadə qaydası və dozası

Sakurat gel xaricdən istifadə olunur. Gündə 2-3 dəfə ağrılı sahəyə sürtülür. Müalicə müddəti 7 gündən çox olmamalıdır.

Gel tamamilə sorulana kimi yüngülcə sürtülür.

Gel istifadə edildikdən sonra əllər yuyulmalıdır.

Əlavə təsirləri

Bütün dərmanlar kimi, Sakurat gelin tərkibindəki maddələrə həssas olan insanlarda da əlavə təsirlər ola bilər.

Aşağıdakılardan hər hansı birini görsəniz, Sakurat geli istifadə etməyi dayandırın və dərhal həkimə müraciət edin və ya ən yaxın xəstəxananın təcili yardım şöbəsinə gedin.

Hiperhəssaslıq reaksiyaları (övrə, üz, göz, dodaq və ya dilin ödemi və ya nəfəs almada çətinlik)
Bütün bunlar ciddi əlavə təsirlərdir.

Bunlardan hər hansı birini yaşayırsınızsa, deməli Sakurat gelə qarşı ciddi allergiyanız var. Təcili tibbi müdaxiləyə ehtiyacınız ola bilər.

Çox ciddi əlavə təsirlər çox nadir hallarda müşahidə olunur.

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 – < 1/10); bəzən (≥ 1/1000 – < 1/100); nadir hallarda (≥ 1/10000 – < 1/1000); çox nadir hallarda (< 1/10000); məlum deyil (əldə olan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil).

Nadir hallarda:

Dermatit (dərinin qızarması, qaşınması, ödemi, nəmlənməsi, qabıqlanması və soyulması).
Çox nadir hallarda:

Hiperhəssaslıq reaksiyaları (ödem, üzün, gözlərin, dodaqların və ya dilin ödemi, nəfəs almada çətinlik).
Məlum deyil:

Fotohəssaslıq (işığa qarşı həssaslıq) reaksiyaları (dəridə qabarcıqlar və qızartı).
Bu təlimatda göstərilməyən hər hansı bir əlavə təsir daxil olmaqla əlavə təsir müşahidə olunarsa, həkiminizlə və ya əczaçı ilə danışın.

Doza həddinin aşılması

Deksketoprofenin xaricə istifadəsi zamanı sistem absorbsiyası son dərəcə zəif olduğundan doza həddinin aşılması ehtimalı azdır.

Buraxılış forması

Alüminium tubda, 60 q gel, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.